Qazaxıstanda zəlzələ oldu
Qazaxıstan-Qırğızıstanla sərhədində zəlzələ baş verib. Viral.az TASS-a istinadla xəbər verir ki, Qazaxıstan seysmoloqları Almatıda və Talqar rayon mərkəzində kiçik yeraltı təkanlar qeydə alıblar. “Zəlzələnin episentri Qazaxıstan ərazisində, Qırğızıstanla sərhəddə, Almatı şəhərindən 34 km cənub-şərqdə yerləşir”, – deyə açıqlamada bildirilir. Qeyd edilib ki, tələfat və dağıntı yoxdur. (redaktor.az)