HƏMAS İsmayıl Haniyənin varisini müəyyənləşdirdi

İsmayıl Haniyənin varisi Məhəmməd İsmayıl Dərviş HƏMAS-ın siyasi qanadına rəhbərlik edəcək.

Viral.az xəbər verir ki, bu barədə “Al-Arabiya” kanalı adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Mənbələr bildirib ki, Qətərdə yaşayan Məhəmməd İsmayıl Dərviş yeni seçkilər keçirilənə qədər HƏMAS-ın siyasi bürosuna rəhbərlik edəcək.

Son Yazılar:

Xatırladaq ki, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə olan İsmayıl Haniyə iyulun 31-də Tehrandakı iqamətgahına raket zərbəsinin endirilməsi nəticəsində həlak olub.