Yalçın Camalov Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Kredit və İnkişaf Agentliyinin İdarə Heyətinə sədr təyin edilib.
Viral.az report.az-a istinadla xəbər verir ki, o, bu vəzifədə Seymur Mövlayevi əvəz edib.
Qeyd edək ki, Y. Camalov bundan əvvəl Prezident Adminstrasiyasının Dövlət Nəzarəti Məsələləri şöbəsinin monitorinq və təhlil sektorunun müdiri, o vaxtkı Əmlak Məsələləri Dövlət Komitəsinin İnvestisiyaların cəlb edilməsi departamentinin direktoru, bir sıra özəl şirkətlərdə rəhbər vəzifələrdə işləyib.
Son Yazılar:
- “Ana olmaqdan özüm imtina etmişəm, həyatım daha vacib idi” – Aparıcı
- Mənə bir də bu barədə sual verməyin
- Onlar mənim üçün general sayılmırlar