Rusiyada miqrant taksi sürücüləri yolu bağladı

Rusiyada miqrant taksi sürücüləri Saratovda Qaqarin hava limanına gedən yolu bağlayıblar.

Viral.az xəbər verir ki, bu barədə “vzqlyad-info” məlumat yayıb.

Bildirilir ki, hava limanı yaxınlığında reyd keçirilib. “Bu insanlar böyük qruplar halında yolun ortasında toplaşır, aksiya təşkil edirlər ”, – deyə yerli sakinlər şikayətləniblər.

Son Yazılar:

Bölgədə miqrantların nəqliyyatda işləməsinə qadağa qoyulub. Amma hadisə şahidləri bildiriblər ki, nəzarət edən və qanun pozuntularını müəyyən edən şəxslər bu fakta az maraq göstərirlər.

Hadisə şahidinin təqdim etdiyi videoda 20-yə yaxın avtomobil və sürücü əks olunub. Maşınlar yolda bir neçə cərgədə saxlanılır.

Bundan əvvəl ölkənin Daxili İşlər Nazirliyi rus dilini bilməyən miqrantlara qarşı tədbirlər barədə məlumat vermişdi. Nazirlik nümayəndəsi İrina Volk belə əcnəbilərin statusundan və ya vətəndaşlığından məhrum ediləcəyinə aydınlıq gətirib. Onun sözlərinə görə, daxili işlər orqanları rus dilini bilməyən miqrantları vaxtaşırı müəyyən edir. Bundan sonra miqrantlara arayış verən imtahan təşkilatçıları arasında cinayətkar qruplaşmalarla bağlı araşdırmalara başlanılır.