Ağdərə rayonunun Sırxavənd kəndində qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Vaqif Sərdar oğlu Alıyev Gəncə şəhərində dəfn edilib.
Viral.az xəbər verir ki, şəhidin qalıqları Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, ictimaiyyət nümayəndələri və şəhidin doğmaları iştirak ediblər.
Son Yazılar:
- Xüsusi təyinatlı təhsil müəssisələri ilə bağlı qaydalar TƏSDİQLƏNDİ
- Əli Əsədov mühüm qərar İMZALADI
- Dövlət başçısı onları təltif etdi
Vaqif Sərdar oğlu Alıyev 1966-cı il mayın 28-də Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olub. O, 1993-cü il sentyabrın 29-da Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşmüşdü.