Avropa Birliyindən Ermənistana hərbi YARDIM

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsselə işgüzar səfəri çərçivəsində Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin təhlükəsizlik və müdafiə məsələləri üzrə müavini Şaql Fqaysla görüşüb.

Viral.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.

Həmsöhbətlər Ermənistan – Avropa Birliyi (AB) ikitərəfli təhlükəsizlik əlaqələrinin gündəliyi və mövcud imkanlarını müzakirə ediblər. AB-nin Ermənistandakı “mülki müşahidə missiyası”nın fəaliyyəti barədə də fikir mübadiləsi aparılıb.

Son Yazılar:

Qriqoryan və Fqays AB-nin Sülh Fondu vasitəsilə Ermənistana hərbi yardımın göstərilməsi məsələsini də müzakirə edib.