Bu gecə Bakının Nəsimi rayonunun bəzi küçələrində elektrik enerjisinin verilişi dayandırılacaq.
Bu barədə Viral.az-a “Azərişıq” ASC-yə istinadən xəbər verir.
Məlumata görə, paytaxtın Nəsimi rayonunda elektrik şəbəkəsində həyata keçirilən təmir işləri ilə əlaqədar sentyabrın 28-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Son Yazılar:
- İsrail təyyarələri Hizbullahın qərargahını VURDU
- Dilarə Əliyevadan hər kəsi kövrəldən şeir – VİDEO
- HƏMAS-ın 24 batalyonundan 23-ü məhv EDİLDİ
Bununla əlaqədar olaraq saat 01:00-dan saat 06:00-dək Azadlıq prospekti, Mirəsədulla Mirqasımov, Mirəli Qaşqay, Xan Şuşinski, Möhsün Sənani, Həsən Əliyev, Ceyhun Hacıbəyli, İmran Qasımov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin olunacaq.