Zelenski bizi eşitmək istəmir – Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynadakı münaqişəyə danışıqlar yolu ilə son qoyulmalı olduğunu bildirib. Lakin onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski hələlik belə təklifləri eşitməyə hazır deyil.

Viral.az yerli mediaya istinadla xəbər verir ki, prezident Belarusun Ukrayna və Rusiya ilə müəyyən əlaqələri saxladığını, sülh prosesini bərqərar etməyə çalışdığını deyib. Lakin onun fikrincə, Zelenski bu təşəbbüslərə maraq göstərmir, çünki Ukraynanı münaqişəni davam etdirməyə sövq edən ABŞ-ın təsiri altındadır.

“Və biz hər şeyin normal olduğundan əmin olmaq üçün bu təmaslarda çalışırıq. Zelenski hələ bunu eşitmir və dinləmək də istəmir”, – deyə Lukaşenko qeyd edib.

Son Yazılar: