İsrail İrana hücum edəcək – Netanyahudan XƏBƏRDARLIQ

İsrail İran tərəfindən hücuma məruz qalacağı təqdirdə bu ölkəyə hücum edəcək.

Viral.az TASS-a istinadla xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 79-cu sessiyasında ümumi siyasi müzakirələr zamanı deyib.

“Əgər bizə hücum etsəniz, biz də sizə hücum edəcəyik”, – Netanyahu İran rəhbərliyinə müraciətində bildirib.

Son Yazılar:

“Bütün Yaxın Şərqdə olduğu kimi, İranda da elə bir yer yoxdur ki, İsrailin ora əli çatmasın”, – o əlavə edib.