ABŞ-də keçiriləcək seçkilərə qədər Ukraynada döyüşlər bitməyəcək

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentliyinə namizəd Donald Trampla “Tramp Tower” də keçirilən görüşdə hər iki namizədlə görüşmək qərarına gəldiyini, çünki döyüşlərin noyabrda ABŞ-də keçiriləcək seçkilərə qədər bitməyəcəyini deyib.

Viral.az bu barədə “RBC”ya istinadən xəbər verir.

“Noyabrda amerikalılar kimin prezident olacağına qərar verməli olacaqlar. Lakin biz başa düşürük ki, noyabra qədər Putini dayandıra bilməyəcəyik. Amma anlayırıq ki, noyabrdan sonra qərar qəbul etməli olacağıq və ABŞ-nin çox güclü olacağına ümid edirik. Buna görə də mən hər iki namizədlə görüşmək qərarına gəlmişəm”, – Ukrayna Prezidenti bildirib.

Son Yazılar:

O əlavə edib ki, Ukraynanı gücləndirəcək bütün addımları bölüşmək Kiyev üçün çox vacibdir və onların həyata keçirilməsi ilə bağlı qərar qəbul edilməlidir.