Azərbaycanın U-17 millisi yoldaşlıq görüşü KEÇİRDİ

Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq görüşü keçirib.

Viral.az xəbər verir ki, U-17 yığmamız Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Gürcüstan Futbol Federasiyasının Rustavi şəhərində yerləşən akademiyasında baş tutan görüşdə meydan sahibləri 4:0 hesablı qələbə qazanıblar.

Son Yazılar:

Qeyd edək ki, bu komandalar arasında sentyabrın 30-da ikinci yoldaşlıq matçı keçiriləcək.