Türkiyədə azərbaycanlı qadın küçədə öldürülüb.
Viral.az lent.az-a istinadla xəbər verir ki, hadisə Sakarya şəhərinin Adapazarı qəsəbəsində baş verib.
Marketdə çalışan 32 yaşlı Şəlalə Mirzəli səhər tezdən işə gedərkən maskalı naməlum şəxsin silahlı hücumuna məruz qalıb. Nəticədə xəstəxanaya aparılan qadın orada ölüb.
Son Yazılar:
- Tanınmış idman jurnalistini maşın vurdu: Xəstəxanaya yerləşdirildi
- COP29 zolaqları LƏĞV EDİLİR – RƏSMİ
- Azərbaycanda ZƏLZƏLƏ OLDU
Polis kameralara baxaraq, hadisəni törədənin kimliyini müəyyən edib. Onun 45 yaşlı Ələddin A. olduğu məlum olub. O, Çamyolu məhəlləsində gizləndiyi ünvanda saxlanılıb və həbs edilib.
O, ifadəsində bildirib ki, mərhumla 3 ay əvvəl tanış olublar. Lakin sonradan ayrılıblar. Hadisə olan gün səhər qadınla söhbət zamanı aralarında mübahisə yaranıb və Şəlalə Mirzəlini güllələyərək öldürüb.
Hazırad araşdırma aparılır.