Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir.
Viral.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Fransanın xarici işlər naziri Jan-Noel Barronun Rusiya ərazisinə uzaqmənzilli raketlərin atılmasına icazə verilməsi ilə bağlı açıqlamaları Ukraynaya dəstək deyil, onu məhv etmək xarakteri daşıyır”, – diplomat vurğulayıb.
Son Yazılar:
- Daşkəsəndə bir neçə nəfər dəm qazından ZƏHƏRLƏNDİ
- COP29 Paris Sazişinin iki maddəsini qəbul ETDİ
- Ukrayna yanvarda ABŞ-dən sülh planı gözləyir
Qeyd edək ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro BBC-yə müsahibəsində bildirib ki, Parisin Rusiyaya qarşı uzaqmənzilli raket zərbələri “özünümüdafiə məntiqi ilə” həyata keçirilə bilər. Nazir Fransa qoşunlarının Ukraynaya göndərilməsini də istisna etməyib.