Vergi Məcəlləsində təklif edilən yeni dəyişikliklərə əsasən, 15 min manatdan artıq olan ödənişlərin nağd şəkildə həyata keçirilməsi qadağan olunacaq və bu qaydalara riayət etməyən vergi ödəyicilərinə maliyyə sanksiyaları tətbiq ediləcək.
Viral.Az xəbər verir ki, millət vəkili Azər Badamov bildirib ki, təklif olunan dəyişikliklərə görə, nağd ödənişlər artıq 3 kateqoriyada təsnif olunacaq. Xüsusilə qiymətli daşların və qiymətli metalların alqı-satqısı zamanı ödənişin ümumi məbləği 15 min manatdan çox olduqda, həmin ödənişlər yalnız nağdsız şəkildə həyata keçirilməlidir.
Qanunla müəyyən edilən qaydaların pozulması halında, əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində ilk dəfə pozulması halında 10%, ikinci dəfə pozulması halında 20%, üç və daha çox dəfə pozulması halında isə 40% miqdarında maliyyə sanksiyası tətbiq ediləcək.
Son Yazılar:
- Nazirlər Kabineti işçilərinin xərcləri ilə bağlı QƏRAR
- Fəliyyətini dayandıran qurumun sədri İsa Həbibbəylinin general oğlu İMİŞ
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı məlumat YAYDI
Qanun layihəsi qəbul edilərsə, 2025-ci ilin yanvarın 1-dən etibarən qüvvəyə minəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edir.