Məşhur sovet və rus teleaparıcısı Leonid Yakuboviç milyonlarla rubla bığlarını qırxmaq təklifindən imtina edib.
Viral.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, noyabrın ortalarında Yakuboviçə Yeni il korporativ şənliyi ilə bağlı çəkiliş üçün bığlarını qırxmaq təklif olunub. Lakin teleaparıcı əyləncəli videoda iştirak üçün ona 10 milyon rubl (təxminən 157 min 410 manat) təklif olunsa da, bundan imtina edib.
Son Yazılar:
- “Barselona” qalib gəldi, “Mançester Siti” uduzdu
- Birinci vitse-prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
- Ümummilli liderin anım günüdür
Eyni zamanda, “Mash” qeyd edir ki, Yakuboviçin Yeni il korporativ şənliyində çıxışının dəyəri 2,75 milyon rubl təşkil edir. Bu məbləğə teleaparıcı improvizasiya da daxil olmaqla dörd saatlıq iş təklif edir. Bundan başqa, aparıcı onun üçün “Mercedes S-Class”, “Audi A8” və ya “BMW 7” kimi avtomobillərin gəlməsini tələb edir (publika.az).