Ruslar Antarktidada kruiz gəmisində ilişib qaldıqları üçün kütləvi aclıq aksiyası keçirirlər. Ümumilikdə “SH DIANA” gəmisində 170-dən çox sərnişin var.
Viral.az xəbər verir ki, bu barədə “Lenta.ru”da məlumat yayımlanıb.
Bildirilir ki, lüks kruiz gəmisi Antarktidaya gedirmiş, lakin yolda mühərrikində problem yaranıb və bu, “Swan Hellenic” kompaniyasını səfəri ləğv etməyə məcbur edib. Təşkilatın məlumatına görə, gəmi saatda 11 kilometr sürətlə “sürünür”.
Son Yazılar:
- Mehriban Əliyeva Ümummilli Liderlə bağlı PAYLAŞIM ETDİ
- Ümummilli Lider Heydər Əliyevin ANIM GÜNÜDÜR
- “Nüvə beşliyi” dövlətlərinin görüşü KEÇİRİLDİ
“O, noyabrın 30-da Argentinanın cənubundakı Uşuay şəhərinə çatmalıdır. Mühəndislər qrupunun dekabrın 3-də növbəti səfərindən əvvəl problemi həll etmək üçün gəmiyə minməsi planlaşdırılır”, – deyə qeyd edilib.
Sərnişinlər isə vəziyyətdən narazılıqlarını bildirərək, kruizə xərclənən vəsaitin onlara qaytarılmasını tələb ediblər. Bildirilir ki, səfərin qiyməti 972 min rubldan (təxminən 15 min 300 manat) 1,3 milyon rubla (təxminən 20 min 463 manat) qədər dəyişir.
“SH DIANA”nın göyərtəsində keçirilən etiraz aksiyasında iştirak edənlər gəmidə iğtişaş törətməklə hədələyiblər.
Qeyd edək ki, noyabrın əvvəlində 600-ə yaxın rusiyalı turist Yaponiyanın Yokohama limanında “Spectrum of The Seas” kruiz gəmisinin sıradan çıxması səbəbindən ilişib qalmışdı. Gəmi texniki nasazlıq səbəbindən limanı tərk edə bilməyib.
Kruiz iştirakçılarından biri, Yuliya adlı rus qadın bildirib ki, sərnişinlərə pasport verilməyib, ona görə də vətənlərinə getmək üçün aldıqları biletlər də ziyan olub.