Komanda stress altında oynamağı bacarmalıdır.
Viral.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev “Turan Tovuz”a qarşı Azərbaycan Premyer Liqasının XV turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
44 yaşlı çalışdırıcı qalib gəldikləri üçün sevincli olduqlarını bildirib:
Son Yazılar:
- Mehriban Əliyeva Ümummilli Liderlə bağlı PAYLAŞIM ETDİ
- Ümummilli Lider Heydər Əliyevin ANIM GÜNÜDÜR
- “Nüvə beşliyi” dövlətlərinin görüşü KEÇİRİLDİ
“Ağır oyun oldu. Kimə qarşı oynadığımızı bilirdik. “Turan Tovuz” bu mövsüm iddialıdır və meydanda yaxşı işlər görür. Həftə ərzində komandanı buna hazırlayırdıq. Sonda istəyimizə nail olduq. Yolumuza davam edirik. Əslində komanda stress altında oynamağı bacarmalıdır. Amma I turdan üzərimizdə hansısa təzyiq, gərginlik hiss etməmişik. Komandanı hər zaman stressdən uzaq tutmuşuq. Yaxşı, keyfiyyətli futbolçularımız var. Onlardan güc alırıq. Məşqlərdə verdiklərimiz tapşırıqları meydanda icra edirlər. Hücum planında bir qədər artırmalıyıq. Hər oyunda 6-7 real qol epizodu yaradırıq, problem onları realizə etməklə bağlıdır. Bunun üzərində işləməli, kreativliyi artırmalıyıq. Rəqiblərimizin qarşılaşmalarından çox öz oyunlarımıza diqqət edir, köklənirik. Hər oyun bizim üçün derbi xarakteri daşıyır”.
Qeyd edək ki, XV turun görüşündə “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Turan Tovuz”a 1:0 hesabı ilə qalib gəlib.