Polis Yasamal və Abşeron rayonlarında avtomobil qaçıran şəxsləri saxlayıb
Bu barədə Viral.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 29-da gecə saatlarında Yasamal rayonu ərazisindən “KİA” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Son Yazılar:
- Çin ABŞ-nin İrana hücumunu kəskin şəkildə PİSLƏDİ
- Mərhələli şəkildə hədəflərimizə doğru irəliləyirik
- “Elə bil ki, vəziyyəti bu həddə çatdıran ABŞ və İsrail deyil”
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 28 yaşlı T.Salahov avtomobili idarə edərkən saxlanılıb.
Eyni zamanda, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Xırdalan şəhəri ərazisindən “KİA” markalı avtomobil qaçırmaqda şübhəli bilinən 28 yaşlı S.Aydınov avtomobillə birgə Digah qəsəbəsi ərazisində saxlanılıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.