Avropa 5 milyona qədər qaçqın ilə üzləşə bilər

Ukraynanın istilik və elektrik şəbəkələri sıradan çıxsa, Avropa respublikadan beş milyona qədər qaçqın axını ilə üzləşəcək.

Viral.az xəbər verir ki, bu barədə Avropa məsələləri üzrə britaniyalı ekspert Edvard Lukas “The Times” qəzetinə yazdığı məqalədə xəbərdarlıq edib.

“Məcburi atəşkəs Avropanın şərq sərhəddində uğursuz, müflis vəziyyətdə yaşayan milyonlarla qəzəbli, travma almış insanların olduğu nəhəng Bosniya yaradacaq”, – materialın müəllifi hesab edir.

Son Yazılar:

Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl bildirmişdi ki, Aİ ölkələri ukraynalı qaçqınlara sosial ödənişləri dayandırmaq niyyətindədir ki, bu da onların bir qisminin respublikaya qayıtmasına gətirib çıxaracaq. Onun sözlərinə görə, assosiasiya dövlətləri yalnız işləyən vətəndaşları saxlamaq istəyir. Ukrayna lideri vurğulayıb ki, Almaniyadakı 1,1 milyon ukraynalı qaçqından ən azı 300 mini işləmir və “hətta cəhd də etmir”.

Yusif EYVAZLI