Xalq artisti Ağadadaş Ağayevin mühafizəçi ilə mübahisəsindən sonra başladılan məhkəmə prosesi onunla bağlı bəzi məsələləri gündəmə gətirib.
Hazırda məhkəmə prosesi davam edir. Lakin sosial şəbəkələrdə aparılan müzakirələrdə diqqətçəkən məqam, proses fonunda müğənninin “xalq artisti” titulunun ondan alınması təklifidir.
Belə bir şey mümkündürmü? Ümumiyyətlə sənət adamlarından hansı halda “xalq artisti” titulu alına bilər?
Son Yazılar:
- İsrail ordusu onun da öldürüldüyünü AÇIQLADI
- Türkiyənin Suriyadakı döyüşlərlə heç bir əlaqəsi yoxdur
- Ukrayna dairəsində sıxlığın səbəbi – AYNA açıqladı
Viral.az Globalinfo.az-a istinadən xəbər verir ki, cinayət törədən şəxslərin titulu əlindən alına bilər. Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 15-ci bəndinə əsasən fəxri ada layiq görülmüş şəxslərdən bu titullar aşağıdakı hallarda alına bilər:
1. Fəxri ad almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda – həmin şəxsin məhkum olunması barədə hökmün surəti və məhkəmənin təqdimatına əsasən;
2. Fəxri ad almış şəxs onu ləkələyən xata törətdikdə – fəxri adın verilməsi haqqında təqdimat vermək hüququ olan orqanın təqdimatına əsasən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məhrum edilir”.