Bir neçə gün əvvəl sevgilisini şantaj etmə ittihamı ilə həbs edilən tiktoker Aybəniz Xəlilova ev dustaqlığına buraxılıb.
Viral.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun vəkili Salman Qasımov məlumat verib.
Vəkil deyib ki, Suraxanı Rayon Məhkəməsinin 4 aylıq həbs qətimkan tədbiri qərarından verdikləri şikayət təmin edilib.
Son Yazılar:
- “Heydər Əliyev Ensiklopediyası” 2025-ci ildə hazır OLACAQ
- Bu yolda əsaslı təmir işləri APARILDI
- İran XİN başçısı Türkiyəyə səfər EDƏCƏK
Bakı Apellyasiya Məhkəməsi müvəkkili haqda seçilmiş 4 aylıq həbsi ev dustaqlığı ilə əvəz edib.
“Bəniz” kimi tanınan tiktoker məhkəmə zalından sərbəst buraxılıb.
Qeyd edək ki, “Bəniz” sevgili münasibətində olduğu Xalid Kərimovun şikayəti ilə cinayət məsuliyyətinə cəlb edilib.
İttihama görə, xanım tiktoker Xalidi müxtəlif foto və vidoları ilə şantaj edərək ondan 836 min manat tələb edib.
Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsinin iki bəndi ilə ittiham elan edilib. Suraxanı Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçmişdi.