Şəki şəhərində yerləşən mağazaların birindən oğurluq edilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Viral.az-a bildirilib ki, polisə müraciət edən zərərçəkən obyektdə olan pulun və tütün məmulatlarının naməlum şəxslər tərəfindən talandığını bildirib.
Şəhər-rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 26 yaşlı Vüqar Əsgərov və 19 yaşlı Elvin Məmmədov saxlanılıb. Onlar mağazanın şüşəsini qıraraq içəriyə daxil olduqlarını və ələ keçirdiklərini aralarında böldüklərini bildiriblər.
Son Yazılar:
- Mehriban Əliyeva Ümummilli Liderlə bağlı PAYLAŞIM ETDİ
- Ümummilli Lider Heydər Əliyevin ANIM GÜNÜDÜR
- “Nüvə beşliyi” dövlətlərinin görüşü KEÇİRİLDİ
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.