2024-cü ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsinin həcmi 2023-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,4 faiz artaraq 28242,5 milyon manat olub.
Viral.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 16008,8 milyon manat təşkil edib.
Son Yazılar:
- “Barselona” qalib gəldi, “Mançester Siti” uduzdu
- Birinci vitse-prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
- Ümummilli liderin anım günüdür
Qeyri-ərzaq məhsullarının həcmi isə 7,7 faiz artaraq 12233,7 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə 49,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,8 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.