Bu ilin 22 may tarixində Suraxanı rayonu, Hövsan-Türkan yolunda qeydə alınmış ağır qəzada ölən şəxsin təqaüdə çıxmış hərbçi olması məlum olub.
Viral.az xəbər verir ki, 1992-ci il təvəllüdlü Əliquliyev Seymur Ağa Əhməd oğlunun idarə etdiyi “Hovo” markalı yük avtomobili ilə toqquşan “Opel”də vəfat edən Abdullayev Baxşəli Əziz oğlu zabit olub və kapitan rütbəsində ikən təqaüdə buraxılıb. Belə ki, Vətən müharibəsində Şuşa döyüşləri zamanı ağır yaralanan Baxşəli Abdullayev xeyli müalicə olunduqdan sonra təqaüdə çıxıbmış. O, təqaüdə çıxdıqdan sonra dostuna məxsus “Opel” markalı avtomobillə taksi fəaliyyəti göstərirmiş. Hadisə də gecə saatlarında Baxşəli Abdullayev taksi fəaliyyəti ilə məşğul olarkən baş verib. Onun sürdüyü avtomobilin yük maşını ilə toqquşması nəticəsində Baxşəli hadisə yerində vəfat edib. Onun 2 azyaşlı övladı qalıb.
Hadisədən sonra yük maşınının sürücüsü Seymur Əliquliyev barəsində cinayət işi açılıb.
Son Yazılar:
- Mehriban Əliyeva Ümummilli Liderlə bağlı PAYLAŞIM ETDİ
- Ümummilli Lider Heydər Əliyevin ANIM GÜNÜDÜR
- “Nüvə beşliyi” dövlətlərinin görüşü KEÇİRİLDİ
B.Abdullayevin həyat yoldaşı bildirib ki, hadisədən bir neçə saat əvvəl əri onu və uşaqlarını maşınla evə aparıbmış:
“Biz 2018-ci ildə ailə qurmuşuq, bu nikahdan 2019 və 2021-ci il təvəllüdlü övladlarımız dünyaya gəlib. Baxşəli keçmiş hərbi qulluqçu idi, 44 günlük müharibənin iştirakçısı olub, hərbi kapitan rütbəsi daşıyırdı. Son döyüşlərdən sonra ağır yaralandığına görə hərbidən təqaüdə çıxmışdı. Təqaüdə çıxdıqdan sonra isə taksi fəaliyyəti ilə məşğul olurdu. Hər gün səhər tezdən saat 08:00 radələrində evdən çıxıb məni işə aparırdı və uşaqları bağçaya qoyurdu, sonradan isə öz işləri ilə məşğul olurdu. Həmişə olduğu kimi, 22 may 2024-cü il tarixdə saat 21:00 radələrində Baxşəli bizi evə qoyub çıxıb getdi. Gecə saat 02:00 radələrində sonuncu dəfə onunla danışdıq. Sonradan isə 03:30 radələrində məlum oldu ki, həyat yoldaşım qəzaya düşüb”.
Mərhumun həyat yoldaşı S.Əliquliyevin dəymiş zərərə görə köməklik etdiyini və ondan şikayətçi olmadığını bildirib.
Suraxanı Rayon Məhkəməsi qəzaya səbəb olan yük avtomobilinin sürücüsünün barəsindəki cinayət işinə baxıb və ona hökm oxunub. Məhkəmənin 26 noyabr 2024-cü il tarixli hökmü ilə yük avtomobili sürücüsü 1 il 6 ay sürücülük hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib (publika.az).