Fermam da bağlandı, iki inəyim qalıb

Ədliyyə Nazirliyinin Azadlıq Partiyasının ləğv edilməsi üzrə müraciəti əsasında məhkəmə prosesi keçirilib.

Bakı Apellyasiya Məhkəməsində hakim Ceyhun Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.  Qərara əsasən, Azadlıq Partiyası ləğv olunub.

 Viral.az xəbər verir ki, Ə.Oruc partiyanın ləğvi ilə bağlı qərarı qanunsuz hesab etdiyini və bununla razılaşmadığını deyib:

Son Yazılar:

“Qərar heç bir prosedur gözlənilmədən, siyasi sifarişlə qəbul edilib. Ona görə biz qurultay keçirməyi planlaşdırırıq. Qərarla bağlı partiyanın geniş məlumatı yayılacaq. Mən milli azadlıq hərəkatından gəlmiş adamam, ömrün ən azı 35 ilini bu proseslərə vermişəm. Hesab edirəm ki, milli maraqlardan çıxış edən siyasi qüvvələrin olmasına bu gün ehtiyac var. Siyasi partiya olmağın nə üstünlüyü var? Tutaq ki, mən Əhməd Oruc, yaxud qeydiyyatı ləğv olunmuş Azadlıq Partiyası sədri adından çıxış edəcəm. Nə dəyişir? Milli azadlıq hərəkatından gələn, satılmayan, əyilməyən, barmaqla göstəriləsi çox az adam var. Elə bilirlər ki, hamı boyun əyib satılmalıdır. Bizə özümüzü buraxmaq haqqında çoxlu təzyiqlər, vədlər olsa da, qəbul etmədik. Biz Azərbaycanda çox azsaylı insanlardanıq ki, alınıb satılmırıq. Sayımız çox azdı. Ona görə meydandan çıxmağı düşünmürük”.

Ə.Oruc hazırda maddi təminatını necə olmasından da danışıb:

“15 il bundan əvvəl fermam olub. Həmişə mən halal əməklə dolanmışam. İndi də halal əməklə dolanıram. Ferması olmaq insan üçün qürur mənbəyidir. Hakimiyyətin, yaxud xaricdən kimlərinsə 3-5 qəpiyinə tulalıq etməkdənsə, öz halal zəhmətinlə dolanmaq şərəfli işdir. Bunu başa düşüb, qiymətləndirənlərin təəssüf ki, sayı çox deyil. Azərbaycanda artıq halal-haram, insanlıq anlayışları tədricən aradan götürülür. Fermam 2015-ci ildə tamam ləğv olundu. İki inəyim qalıb, bu arada onlar da doğub. Daşdan çörək çıxarda bilən adamam. İstənilən mühitdə insanlar necə dolanırsa, mən də onların cərgəsində oluram. Böyük təsərrüfatım, bağım-bağçam var. Məqalələr yazmaqla, məsləhətçiliklə bağlı da fəaliyyətlərim olub, indi də var”.

Azadlıq Partiyası ilk dəfə 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiya ötən il Ədliyyə Nazirliyi tərəfindən təkrar qeydə alınmayıb” (modern.az).