“O vaxtlar” verilişinin növbəti buraxılışı efirə gedib.
Viral.az xəbər verir ki, budəfəki buraxılışda Ramana sakini Zakir Quliyev köhnə adətlərdən danışıb.
Zəmanədən gileylənən bakılı ağsaqqal əvvəlki adətlərin çox dəyişdiyini deyib.
Son Yazılar:
- “Barselona” qalib gəldi, “Mançester Siti” uduzdu
- Birinci vitse-prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
- Ümummilli liderin anım günüdür
“Əvvəl gəlini götürməyə gedəndə heç oğlanı aparmırdılar. İndi gəlin maşınını bəy özü sürür. Gedir, gəlini otuzdurur, özü gətirir. Birdən görsəniz ki, maşını gəlin sürür, heç təəccüblənməyin, 21-ci əsrdir”, – o söyləyib.
Ağsaqqal kişilərin bir-birini öpməsinə münasibətinin yaxşı olmadığını da qeyd edib:
“Əvvəl oğlanı bir əsgər gedib-gələndə öpərdilər, bir də toyunda. İndi kişilər çox öpüşürlər”.