Qazilərə qarşı dələduzluq edən şəxslərə hökm OXUNDU

Qazilərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Şahnaz Rzayeva və Fərmayil Verdiyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Viral.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Şahnaz Rzayevaya 1 il 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Digər təqsirləndirilən Fərmayıl Verdiyev isə vəfat etdiyi üçün onunla bağlı cinayət işinə xitam verilib.

Son Yazılar:

Qeyd edək ki, ittihama görə, Fərmayil Verdiyev və Şahnaz Rzayeva qazilərin kəsilmiş pensiyalarını bərpa etmək adı ilə onlardan 9700 manat pul alıb.

Cinayət işində Birinci Qarabağ müharibəsi qaziləri Camalov Elxan Eldar oğlu, Vəliyev Araz Abasət oğlu, Həsənov Pərvin Sadiq oğlu və Mehdiyev Əlibaba Müzadil oğlu zərərçəkən qismində tanınıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 312.2 ((vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə), 178.2.2 (dələduzluq – təkrar törədildikdə) və 178.2.4-cü( xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Fərmayil Verdiyev bu ilin iyul ayında Penitensiar Xidmətin Müalicə Müəssisəsində böyrək çatışmazlığından vəfat edib.