Şirvanda qadın dəm qazından boğularaq öldü

Şirvanda 26 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Viral.az xəbər verir ki, Şirvan sakini, 1998-ci il təvəllüdlü Məlikova Sərvinaz Mübariz qızı vanna otağında olarkən dəm qazından boğularaq ölüb.

Meyit müayinə olunmaq üçün Şirvan Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya bölməsinə yerləşdirlib.

Son Yazılar:

Faktla bağlı araşdırma aparılır. (Apa)