“ABŞ Suriyaya müdaxilə etməməlidir”.
Viral.az xəbər verir ki, bunu ABŞ-də keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp sosial media hesabındakı paylaşımında qeyd edib.
O bildirib ki, Suriyada xaos hökm sürür: “Amma Suriya bizim dostumuz deyil. Bu, bizim savaşımız deyil. Qoy, nə olursa olsun, əsla müdaxilə etməyin”.
Son Yazılar:
- Mehriban Əliyeva Ümummilli Liderlə bağlı PAYLAŞIM ETDİ
- Ümummilli Lider Heydər Əliyevin ANIM GÜNÜDÜR
- “Nüvə beşliyi” dövlətlərinin görüşü KEÇİRİLDİ
D.Tramp Suriyadakı vəziyyətə müdaxilə etməməklə bağlı hazırkı Cozef Bayden administrasiyasına xəbərdarlıq edib.
Siyasətçi, həmçinin qeyd edib ki, Suriyadakı müxalifət çox ciddi uğur əldə edib: “Onlar artıq Dəməşqə yaxınlaşırlar. Bu, Bəşər Əsəd rejiminə qarşı atılmış ciddi addımdır”.
D.Tramp onu bildirib ki, Rusiya indi Suriyaya kömək etmir: “Görünən odur ki, Ukraynada 600 min hərbçi itirən Rusiya uzun illərdən bəri dəstəklədiyi Suriyaya indi kömək edə bilmir”.