Müxalif qüvvələrin hökumət mövqelərinə hücum etdiyi Suriyadakı vəziyyət “Hizbullah” hərəkatını daha da zəiflədə bilər.
Viral.az xəbər verir ki, bunu Doha Forumunda çıxışı zamanı ABŞ-ın İsrail üzrə xüsusi nümayəndəsi Amos Hohşteyn deyib.
“Düşünürəm ki, Suriyada baş verən hadisələr “Hizbullah” üçün zəifliklər yaradır, çünki Suriyadakı mövcudluğunu azaldan İranın Livan hərəkatını silahla təmin etməsini xeyli çətinləşir”.
Son Yazılar:
- Bu xərçəng növləri nəsildən-nəslə keçir Siyahı
- “Barselona” qalib gəldi, “Mançester Siti” uduzdu
- Birinci vitse-prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
Amerikalı diplomat həmçinin bildirib ki, “Hizbullah” Livan daxilində çox güclü təşkilat olaraq qalır.
Eyni zamanda, Hohşteyn hərəkatın İsrailə müqavimət göstərmək və ya silahlı qruplaşmalarla mübarizədə Suriyaya dəstək vermək qabiliyyətini itirdiyinə əminliyini ifadə edib.