“Barselona”nın hücumçusu Robert Leovskivand La Liqada qollarını sıralamaqdadır.
Viral.az xəbər verir ki, polşalı forvard 17-ci turda ötən gecə “Betis”lə keçirilən oyunda (2:2) növbəti dəfə rəqib qapısına yol taparaq mövsümdəki qol sayını 16-a çatdırıb. 36 yaşlı futbolçunun La Liqada bu mövsüm oyun sayı da 16-dır.
Bununla da Levandovski Lionel Messiyə aid olan rekordu təkrarlayıb. “Barselona”nın keçmiş hücumçusu da 2018-2019 mövsümündə mövsümün ilk 16 oyununda 16 qol vurmağı bacarmışdı.
Son Yazılar:
- “Barselona” qalib gəldi, “Mançester Siti” uduzdu
- Birinci vitse-prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
- Ümummilli liderin anım günüdür
Qeyd edək ki, Levandovski bu mövsüm bütün turnirlərdə 21 oyuna 23 qol vurub, 2 qol ötürməsi edib.