Kovernino kəndində 9-cu sinif şagirdi ingilis dili dərsi zamanı müəlliminin burnunu sındırıb.
Viral.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Nijni Novqorod vilayətinin Əmək Müfəttişliyi öz saytında məlumat yayıb.
Qeyd olunur ki, hadisə dekabrın 5-də baş verib. Rusiyalı məktəbli ilə müəllim arasında münaqişənin səbəbi məlum deyil. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib və ona beyin silkələnməsi və burnunun qapalı sınığı diaqnozu qoyulub.