İsrail Ordusu Suriya ilə sərhəddə Qolan təpələrindəki bufer zonada qüvvələrini yerləşdirməyə davam edir.
Viral.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.
“Mövcud vəziyyətin qiymətləndirilməsindən sonra və son 24 saat ərzində Qolan təpələrində yüksək hazırlıq tədbirlərinin bir hissəsi olaraq, İsrail Müdafiə Qüvvələrinin quru və hava bölmələri, bundan əlavə, bölgədəki bütün müdafiə strukturları yerləşdirilib”, – məlumatda deyilir.
Son Yazılar:
- Bu xərçəng növləri nəsildən-nəslə keçir Siyahı
- “Barselona” qalib gəldi, “Mançester Siti” uduzdu
- Birinci vitse-prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Suriyadakı hadisələri “Yaxın Şərq üçün tarixi gün” adlandıraraq, bunun ölkəsi üçün böyük imkanlar açdığını qeyd edib.