Ermənistan və Aİ danışıqlar APARIR

Ermənistan və Avropa İttifaqı (Aİ) ikitərəfli münasibətlərin dərinləşdirilməsi üzrə yeni sənədlə bağlı danışıqlar aparır.

Viral.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın “Lannen Media” nəşrinə müsahibəsində bildirib.

“Ermənistanı Avropa İttifaqına yaxınlaşdırmağa yönəlmiş siyasətimizi bilirsiniz. Ermənistan Aİ ilə münasibətlərin əhəmiyyətli dərəcədə dərinləşdirilməsinə yönəlmiş siyasət həyata keçirir. Hazırda “Yeni tərəfdaşlıq proqramı” adlı sənədlə bağlı danışıqlar aparılır”, – A.Mirzoyan qeyd edib.

Son Yazılar:

Onun sözlərinə görə, bu, əməkdaşlığın müxtəlif sahələrini əhatə edən hərtərəfli sənəddir.