Hakan Fidan BMT Baş katibi ilə Suriyadakı vəziyyəti müzakirə ETDİ

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilı BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Viral.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i ölkənin Xarici İşlər Nazirliyindəki (XİN) mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, tərəflər Suriyanın siyasi nizamı və bərpası ilə bağlı fikir mübadiləsi aparıblar.

Son Yazılar:

Həmçinin BMT başda olmaqla, beynəlxalq ictimaiyyətin Suriyada dayanıqlı siyasi keçidin təmin edilməsi, humanitar yardımların çatdırılması və bu ölkənin yenidən qurulması istiqamətində atacağı mümkün addımları dəyərləndiriblər.