Türkiyənin suriyalı yaraqlılara dəstəyi təzə xəbər deyil.
Viral.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Aleksey Çepa deyib.
“Biz başa düşürük ki, Türkiyə hər zaman hər şeyi öz maraqları üçün edib və onların Suriyadakı davranışları bizim üçün yeni xəbər olmamalıdır. Məncə, biz bütün bunları bilməli və hazırlaşmalıydıq. Təbii ki, bu, Rusiya ilə Türkiyə arasında münasibətləri gərginləşdirəcək”, – o vurğulayıb.
Son Yazılar:
- Mehriban Əliyeva Ümummilli Liderlə bağlı PAYLAŞIM ETDİ
- Ümummilli Lider Heydər Əliyevin ANIM GÜNÜDÜR
- “Nüvə beşliyi” dövlətlərinin görüşü KEÇİRİLDİ
Qeyd edək ki, Türkiyənin dəstəklədiyi müxalif silahlı qruplar 8 dekabrda Dəməşqi ələ keçirərək, Əsəd rejimini devirib. Bəşər Əsəd isə ailəsi ilə birgə Rusiyaya qaçıb.