Bakıda məşhur univermaq CƏRİMƏLƏNDİ

“Moskva Ticarət Mərkəzi” QSC (Moskva Univermağı) əmək qanunvericiliyini pozduğuna görə cərimələnib.

Viral.az “iqtisadiyyat.az”a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Son Yazılar:

Hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, əmək qanunvericiliyinin pozulmasına görə fiziki şəxslər 1000 manatdan iki 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Moskva Ticarət Mərkəzi” 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1283758 manat, qanuni təmsilçisi isə Babayev Anar Sabir oğludur.