Suriyada Bəşər Əsəd rejimi 13 il davam edən vətəndaş müharibəsindən sonra devrilib. Ölkəsini tərk edən Əsəd və ailəsi Rusiyaya sığınıb. Bunun fonunda Əsədin 135 milyard dollarla Rusiyaya qaçdığı iddia edilib.
Viral.az yerli mediaya istinadən xəbər verir ki, bu iddialar Şamdakı rejim kəşfiyyatından Halid Beyye tərəfindən yayılıb.
Beyye Əsədin Rusiyaya qaçaq yolla 135 milyard dollar apardığını iddia edib.
Son Yazılar:
- “Azərbaycan Respublikasında radio yayımın dünəni, bu günü və sabahı” mövzusunda seminar keçirildi – FOTO
- Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayında əsaslı artım var
- Blinkenin Azərbaycanla bağlı qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik
Nəşr Beyyenin sözlərinə əsasən yazıb ki, “İddialar həqiqətdirsə, bu zaman Əsəd dünyanın ən zəngin qaçqınıdır”
Digər tərəfdən müxalif qruplar Əsəd ailəsinə aid gizli tunel şəbəkəsini üzə çıxarıb. Əsədin qardaşı general-mayor Mahir Əsədə məxsus malikanədə nəhəng tunel kompleksi tapılıb.
Köşkün altındakı nəhəng tunelin qızıl daşıyan yük maşınlarının keçə biləcəyi qədər geniş olduğu bildirilib.
Devrilmiş lider ailəsi ilə birlikdə Rusiyanın paytaxtı Moskvaya sığınıb. Lakin amansızlığı ilə tanınan qardaşının harada olduğu bilinmir.