“Suriya torpaqlarına gözünü dikən hər kəsə bildirmək istəyirik ki…”

Suriya xalqının azadlığına qarşı istənilən addımı atanlar önlərində Suriya xalqı ilə bərabər Türkiyəni də görəcəklər.

Viral.az yerli mediaya istinadla xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın əyalət rəhbərlərinin toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı Suriyanın önündə xoşbəxt gələcəyə gedən qapının açıldığını ifadə edib:

Son Yazılar:

“Türkiyə siyasi, diplomatik, hərbi və digər bütün müstəvilərdə hər zaman Suriyanın yanında olacaq”.

Ərdoğan Suriyanın yenidən müharibə meydanına çevrilməsinə imkan verməyəcəklərini də vurğulayıb:

“Suriya torpaqlarına gözünü dikən hər kəsə bildirmək istəyirik ki, Türkiyə Suriyanın bu günə gəlməsində çox böyük zəhmətlər çəkib. Hər kəsin Suriyaya kürəyini çevirdiyi məqamda biz bunun əksini etdik. Allah bizə qardaşlıq imtahanından üzüağ çıxmağı nəsib elədi”.