Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İtaliyanın Baş naziri Corciya Meloni arasında telefon danışığı baş tutub.
Viral.az xəbər verir ki, tərəflər arasında regional və qlobal məsələlər, eyni zamanda Suriyadakı son hadisələr müzakirə edilib.
Telefon danışığı zamanı Ərdoğan Türkiyənin sülh, azadlıq, dialoq tərəfdarı olduğunu, Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb.