38 yaşlı Neftçala sakini bədbəxt hadisə nəticəsində ölüb.
Viral.az xəbər verir ki, 1986-cı il təvəllüdlü Hadıyev Rəşad Mahir oğlu dekabrın 9-u Neftçalanın Bankə qəsəbəsi ərazisində idarə etdiyi “Ural” markalı yedəkli motosiklet ilə hərəkətdə olan zaman idarəetməni itirərək yolun kənarındakı su kanalına düşüb.
Açıq kəllə – beyin travması, beyin əsasının əzilməsi xəsarətləri alan şəxs xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, ötən gün saat 05:00-da aldığı bədən xəsarətləri nəticəsində ölüb.
Son Yazılar:
- “Azərbaycan Respublikasında radio yayımın dünəni, bu günü və sabahı” mövzusunda seminar keçirildi – FOTO
- Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayında əsaslı artım var
- Blinkenin Azərbaycanla bağlı qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.