Avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən sığorta şirkətlərinin adları açıqlanıb.
Viral.az xəbər verir ki, ən çox şikayət olunan şirkətlərin siyahısını Mərkəzi Bank dərc edib.
Mərkəzi Bankdan verilən sonuncu məlumatda bildirilir ki, avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən sığorta şirkəti “Bakı Sığorta” ASC olub.
Son Yazılar:
- “Barselona” qalib gəldi, “Mançester Siti” uduzdu
- Birinci vitse-prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
- Ümummilli liderin anım günüdür
Məlumat üçün bildirək ki, Mərkəzi Bank müştərilərin şikayətləri əsasında şikayət indeksi tərtib edib. Ən yüksək şikayət indeksi də “Bakı Sığorta” ASC-yə verilib.
Ən çox şikayət olunan şirkətlərin ilk 3-lüyünü “Xalq Sığorta” ASC və “Paşa Sığorta” ASC tamamlayır.
Ümumilikdə isə müştərilər avtomobillərin icbari sığortası üzrə 8 şirkətdən şikayətçi olublar.
Qeyd edək ki, hazırda Azərbaycanda 17 sığorta şirkəti fəaliyyət göstərir.
Barəsində ən çox şikayət edilən şirkətlərin sıralaması aşağıdakı kimi olub (yeniavaz.com).