Binəqədidə pul və qızıl oğruları TUTULDU

Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən pul və 2700 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Viral.aza verilən məlumata görə Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı A.Rəsulov müəyyən olunaraq saxlanılıb.

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə qəsəbə ərazisində yerləşən idman meydançasında bir nəfərin içərisində pulu və mobil telefonu olan çantasını oğurlamaqda şübhəli bilinən 33 yaşlı T.Fehruzlu saxlanılıb.

Son Yazılar:

Hər iki faktla bağlı araşdırma aparılır.