İranda hava çirkliliyinə görə üç mindən çox insan xəstəxanaya MÜRACİƏT ETDİ

Havanın çirklənməsi nəticəsində üç mindən çox Xuzistan sakini xəstəxanaya müraciət edib.

Viral.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Məlumata görə, son 3 gündə havanın çirklənməsi nəticəsində 3354 Xuzistan sakini xəstəxanaya müraciət edib. Onlardan 414 nəfər xəstəxanaya yerləşdirilib, 2940 nəfər isə ambulator müalicə alıb.

Son Yazılar:

Qeyd edilib ki, havanın çirklənməsinin davam etməsi bu həftənin əvvəli ilə müqayisədə ürək və tənəffüs problemi olan xəstələrin sayının 25% artmasına səbəb olub.