Azərbaycanlı şagird və tələbələr qlobal problemləri müzakirə ETDİLƏR

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi günlərdə Azərbaycandan olan şagird və tələbələr BMT-nin digər platforması olan “Change the World Model United Nations” (CWMUN) konfransında iştirak ediblər.

Viral.az xəbər verir ki, Parisdə UNESCO-nun qərargahında 21-23 noyabrda 40-dan artıq ölkədən 500-dən çox iştirakçının qatıdığı tədbirdə “Change the World” layihəsinin Azərbaycan üzrə təmsilçisi olan “Shane Academy”nin təşkilatçılığı ilə ölkədən 30 nəfər gənc beynəlxalq əməkdaşlıq, təhsil, elm, mədəniyyət və kommunikasiya kimi mövzuları əhatə edən qlobal problemlərin müzakirəsində iştirak edib.

“Change the World Model United Nations” təşkilatçıları ilk dəfə Azərbaycan təmsilçilərindən Nəzrin Hüseynli, Ayşe Nesli Gülençini ən yaxşı nümayəndə (Best delagation), Camal Əfəndi, Ayan Vəlizadə, Lalə Musayeva, Sabir Nərimanov, Aydan Cəbrayılova, Ruhəngiz Əsgərovanı isə fəxri iştirakçılar (Honorable Mention) kimi qiymətləndiriblər.

Son Yazılar:

Qeyd edək ki, şüarı “Dünyanı Dəyiş – Change the World” olan tədbirin məqsədi gəncləri beynəlxalq siyasət proseslərinə cəlb etmək və onlara qlobal diplomatiya bacarıqları öyrətməkdir. Tədbir iştirakçıları “game changers” (dəyişiklik yaradıcıları) mövzusunda müxtəlif simulyasiyalarda iştirak edərək mühüm qlobal problemlərin həlli yollarını müzakirə ediblər.

Azərbaycanlı tələbələr bu tədbir vasitəsilə qərar qəbuletmə və diplomatik müzakirə, beynəlxalq əməkdaşlıq, qlobal siyasət proseslərinin iş prinsiplərini dərindən anlamaq fürsəti əldə ediblər.

Azərbaycanlı gənclər səfər çərçivəsində Eyfel qülləsi, Luvr muzeyi və Disneylend kimi tarixi və mədəni məkanları da ziyarət ediblər.

Model Birləşmiş Millətlər Təşkilatı (MUN) – tələbələrin BMT simulyasiyalarında iştirak etdiyi və qlobal problemləri həll etmək üçün diplomatik bacarıqlarını inkişaf etdirdiyi beynəlxalq platformadır. MUN tədbirləri gənclərə liderlik, müzakirə, analitik düşüncə və problem həlli bacarıqları qazandırır və onların qlobal məsələlərə dair məlumatlılığını artırır.