Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin (NRFTDA) rəisi Nicat Əliyev vəzifəsindən azad edilib.
Viral.az xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, Əliyev Nicat Novruz oğlu bu vəzifəsindən azad edilib və yerinə Murad Paşayev təyin olunub.
Son Yazılar:
- Lerikdə qarın hündürlüyü 20 sm-ə ÇATDI
- Küləkli havaya görə xəbərdarlıq EDİLDİ
- Su sayğaclarını donvurmadan belə qoruyun
Qeyd edək ki, Nicat Əliyev 2022-ci ilin noyabr ayında sözügedən vəzifəyə təyin edilib. Nicat Əliyev həmçinin Fövqəladə Hallar Nazirliyinin ləğv edilən Dövlət Material Ehtiyatları Agentliyinin rəisi vəzifəsində çalışıb (Qaynarinfo).