Cari ilin 11 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 711 mln. manat çox olmaqla 5 mlrd. 949 mln. manat vəsait yönəldilib.
Viral.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Məlumata görə, həmin dövrdə ölkə üzrə pensiyaların orta aylıq məbləği 13 faiz artaraq 494 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 12 faiz artaraq 527 manata çatıb.
Son Yazılar:
- Lerikdə qarın hündürlüyü 20 sm-ə ÇATDI
- Küləkli havaya görə xəbərdarlıq EDİLDİ
- Su sayğaclarını donvurmadan belə qoruyun
Qeyd edilib ki, yanvar-noyabr aylarında 33 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 135 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.