İsrail höküməti bu gün 200 fələstinli girovu azad edib.
Viral.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, Qəzza ilə atəşkəs razılaşması çərçivəsində azad edilən 4 israilli qadının müqabilində 200 fələstinli girovu azad edib.
Son Yazılar:
- Axşam yeməyi üçün ən ideal saat AÇIQLANDI
- “Nutella”nın yaradıcısı vəfat ETDİ
- “Neftçi” İslam Çesnokovu transfer etmək istəyir
Məlumata görə, Ofer həbsxanasından azad edilən məhbuslar İordan çayının Qərb sahilindəki Fələstin ərazilərinə göndərilib. Ketsiot həbsxanasından olan məhbuslar İsrailin Qəzza zolağı ilə sərhədində, Misir sərhəd-keçid məntəqəsinin yaxınlığında yerləşən “Kerem-Şalom” nəzarət-buraxılış məntəqəsinə göndərilib.