Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Avropa çempionatının ilkin mərhələsinə qələbə ilə başlayıb.
Viral.az xəbər verir ki, B qrupunda yer alan İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv Kosovo ilə qarşılaşıb.
San Marinodakı “Multieventi Sport Domus”da baş tutan görüş millimizin 4:1 hesablı üstünlüyü ilə yekunlaşıb.
Son Yazılar:
- Axşam yeməyi üçün ən ideal saat AÇIQLANDI
- “Nutella”nın yaradıcısı vəfat ETDİ
- “Neftçi” İslam Çesnokovu transfer etmək istəyir
Yığmanın heyətində Hüseyn Cəfərzadə (17), Ədalət Ələkbərov (22, 35) və Rəvan Məsiyev (31) fərqlənib.
Qeyd edək ki, U-19 yanvarın yanvarın 26-da San Marinonun müvafiq yaş qrupunundan ibarət yığması ilə qarşılaşacaq. Bu qrupun bütün oyunları San Marinoda keçiriləcək. Ancaq birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələnin görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.