Nazir yeni rektoru kollektivə təqdim etdi

Nazir yeni rektoru kollektivə təqdim etdi

Elm və Təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yeni rektoru Rüfət Əzizovu təhsil müəssisəsinin kollektivinə təqdim edib.

Universitetdən Viral.az-a verilən məlumata görə, nazir Rüfət Əzizovun elmi, pedaqoji fəaliyyəti haqqında iştirakçılara məlumat verib.

E.Əmrullayev bundan əvvəl R.Əzizovun Sumqayıt Dövlət Universitetinin rektoru olduğu qısa müddət ərzində həmin universitetin əldə etdiyi uğurlardan bəhs edərək onun ADNSU-ya rəhbərliyi dövründə istər tədris, istərsə də elm sahəsində ciddi nailiyyətlər əldə olunacağına əminliyini vurğulayıb.

Son Yazılar:

Rektor universitetin daha da inkişaf etdirilməsi istiqamətində çalışaraq dövlət başçısının etimadını doğruldacağını vurğulayıb.

Rüfət Əzizovun ADNSU-ya rektor təyinatınadək təhsil müəssisəsinin rektoru səlahiyyətlərini icra edən, hazırda isə fəaliyyətini strateji məsələlər üzrə prorektor qismində davam etdirən dosent Vazeh Əskərov ötən müddət ərzində görülmüş işlərə görə kollektivə təşəkkürünü bildirib.

Qeyd edək ki, fevralın 3-də Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, R.Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilərək, ADNSU-a rəhbər təyin edilib.

1738659975 4a0909b3 7f7f 3886 9981 b0e21c2855581738659949 0c0302cc 1a8a 332e b453 6030a3033aab1738659978 428c020e 9795 3635 94de e0a7f8d51ad71738659990 f0c72021 89d6 3fa3 a9bc 7f59ea0d40a81738659950 a6aab8b9 5bd8 392f 92e9 becfc93fe660